Bakı Polşa prezidentinin "binokl şou"da iştirakına təəssüflənir - BƏYANAT + VİDEO

Rəsmi Bakı Polşa prezidenti Ancey Dudanın Ermənistana rəsmi səfəri zamanı Azərbaycanla sərhədə getməsini pisləyib.

Nov 27, 2024 - 18:31
Nov 27, 2024 - 18:36
Bakı Polşa prezidentinin "binokl şou"da iştirakına təəssüflənir - BƏYANAT + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, Azərbaycan bu qeyri-dost aksiyaya qarşı lazımi diplomatik tədbirlər görmək hüququnu özündə saxladığını bəyan edib.

"Polşa prezidenti Ancey Dudanın Avropa İttifaqı  missiyası (EUMA) üzvlərinin müşayiətilə Ermənistan-Azərbaycan sərhədinə səfəri təəssüf doğurur və bu, Avropa İttifaqı  ölkələrin  antiazərbaycan siyasətinin növbəti nümayişidir. Rəsmi olaraq Azərbaycanın "strateji tərəfdaşı" olan ölkənin prezidentinin qəbuledilməz diplomatik "binokl şouda" iştirakına dərindən təəssüflənirik və bu, Azərbaycan-Polşa münasibətlərinin gərginləşməsinə səbəb ola bilər", - Azərbaycan Xarici İşlər Nazirliyinin X platformasındakı hesabında deyilir.

Azərbaycanın rəsmi şəxslərinin Polşa Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə çoxsaylı müraciətlərinə baxmayaraq, Polşa tərəfi bu təxribatyönlü addımdan çəkinməyib, məlumatda qeyd olunur.