Ukraynalı nazir bunu təkzib etdi – “Düşmənin təbliğatıdır”

Amerikanın “Fox News” televiziya kanalında Ukrayna hərbçilərinin Kursk vilayətində mühasirəyə alınması ilə bağlı məlumatlar təkzib olunub.

Mar 17, 2025 - 14:08
Ukraynalı nazir bunu təkzib etdi – “Düşmənin təbliğatıdır”

SAVASHMEDİA.az xəbər verir ki, bu təkziblə Ukrayna müdafiə naziri Rüstəm Umerovun “Fox News” telekanalına müsahibəsi zamanı çıxış edib.   

 “Bizim müdafiə qüvvələri, biz müdafiə əməliyyatları aparmağa davam edirik və düşmənin xeyli kilometr ərazisini nəzarət altında saxlayırıq.

“Qüvvələrin və qoşunların müəyyən hazırlığını qoruyub saxlamaq üçün biz daha sərfəli müdafiə xətlərinə planlı yerdəyişmə həyata keçirmişik. Lakin indiki mərhələdə müdafiə qüvvələrinin heç bir hissəsi mühasirəyə alınmayıb və mühasirəyə alınan minlərlə Ukrayna hərbçisi ilə bağlı deyilənlər reallığa uyğun gəlmir”, - deyə müdafiə naziri əlavə edib.

Umerov xatırladıb ki, ötən ilin payızında BRİKS sammiti zamanı da bəzi ukraynalı hərbçilərin mühasirəyə alındığı barədə məlumat yayılsa da, məlumat təsdiqini tapmadı. “Ona görə də bu, təbliğatın davamıdır. Lakin biz düşmənin ərazimizə soxulmasının qarşısını almaq üçün onun əməliyyat qrupunun cinahlarında hücum hərəkətləri ilə fəal müdafiə fəaliyyətini davam etdirəcəyik”, - deyə Umerov vurğulayıb.

Xatirə SADİQ