“Netanyahuya deyin ki...” – İran prezidentindən son dəqiqə açıqlaması 

“Netanyahuya deyin ki, İran müharibə istəmir, amma bu o demək deyil ki, biz ölkəmizə və xalqımıza olan təhlükələrə cavab verməyəcəyik. İsrailə son hücum gücümüzün yalnız bir hissəsi idi”.

Oct 1, 2024 - 21:01
“Netanyahuya deyin ki...” – İran prezidentindən son dəqiqə açıqlaması 

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian özünün sosial şəbəkə hesabında yazıb. 

O qeyd edib ki, ölkəsi İsrailə qanuni hüquqlar çərçivəsində cavab verib:

“İran hücum edən tərəf deyil, baş verənlər ölkəmizə yönəlik təhdidlərə cavabdır. İranla münaqişəyə girməyin”,- deyə, paylaşımda bildirilib.

Oğuz