"Biz Lyayenin təyyarəsinə heç nə etməmişik" - Kreml boynuna almadı
Bolqarıstana səfər edərkən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin göyərtəsində olduğu təyyarənin naviqasiya sistemindəki problemlərlə Rusiya tərəfinin heç bir əlaqəsi yoxdur.
SAVASHMEDİA.az RBC-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Financial Times (FT) qəzetinə açıqlamasında bildirib.
“Sizin informasiyanız yanlışdır”- deyə Kremlin sözçüsü iddia edib.
Xatırladaq ki, Avropa Komissiyasının prezidentinin içərisində olduğu təyyarə Plovdiv hava limanına enərkən əngəllər yaranıb. Bu isə GPS naviqasiyasının elektron vasitəsinin sönməsinə gətirib çıxarıb. Pilotlar təyyarəni yalnız bir saatdan sonra kağın xəritədən istifadə etməklə yerə endirməyə nail olublar.
Avropa Komissiyasının adı çəkilməyən nümayəndəsi “Financial Times” nəşrinə bildirib ki, Bolqarıstan hakimiyyəti baş verənləri Rusiyanın müdaxiləsi ilə əlaqələndirir.
Xatirə SADİQ