Kseniya Sobçakın restoranında axtarış aparıldı 

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Sankt-Peterburqda restorator Anton Pinski və tanınmış jurnalist Kseniya Sobçaka məxsus “Veter” restoranında axtarış aparıb. 

Sep 1, 2025 - 15:55
Kseniya Sobçakın restoranında axtarış aparıldı 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

Məlumata görə, DİN hansı restoranda axtarış aparıldığına aydınlıq gətirməyib. Sadəcə, DİN-in yaydığı vuideoda restiranın lövhəsi görünüb. “Veter”  restorator Anton Pinski və jurnalist Kseniya Sobçakın layihəsidir. Restoran 2023-cü ilin iyulunda açılıb. 

SPARK-ın məlumatına görə, restoranı idarə edən “Manila” MMC-nin 85 faizi Pinskiyə, qalan 15 faizi isə Sobçaka məxsusdur. 

DİN-dən bildirilib ki, əməliyyat zamanı restoranda narkotikdən istifadə etdiyinə görə 5 nəfər saxlanılıb.

Təhlükəsizlik qüvvələri restorana daxil olarkən 59 yaşlı kişi və 60 yaşlı qadın kisə kokaini oradan çıxarmağa cəhd ediblər. Daha iki bağlama marixuana 22 yaşlı restoran ziyarətçisinin corabında tapılıb. Tibbi müayinənin nəticələrinə görə, qonaqların ikisində – 28 yaşlı kişidə və 30 yaşlı qadında narkotik istifadə əlamətləri aşkar edilib. Onlar İnzibati Xətalar Məcəlləsinin 6.9-cu (narkotik vasitələri və ya psixotrop maddələri istehlak etmə) maddəsi ilə inzibati məsuliyyətə cəlb ediliblər.

Əməliyyatçılar restoranın sanitar qovşağında və foyesində içərisində narkotik maddə olan iki kapsul, çanta və plastik butulka aşkar ediblər. 

“Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı müəyyən edilmiş hallar əsasında polis Rusiyanın Cinayət Məcəlləsinin 228-ci maddəsi üzrə cinayət işi açıb. Saxlanılan şəxslərlə bağlı prosessual hərəkətlər aparılır”, - DİN-in məlumatında deyilir. 

Xatirə SADİQ