Konqresmenlərə “WhatsApp” messencerindən istifadə qadağan olundu

ABŞ Konqresinin Nümayəndələr Palatasının əməkdaşlarına və üzvlərinə “WhatsApp” messencerindən istifadə etmək qadağan edilib.

Jun 24, 2025 - 16:56
Konqresmenlərə “WhatsApp” messencerindən istifadə qadağan olundu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının baş inzibati diektorunun xidməti qeydinə istinadən “Reuters” və “Axios” məlumat yayıb. 

Sənəddə deyilir ki, kibertəhlükəsizlik üzrə idarə “WhatsApp”ın məlumatları necə qoruduğuna dair şəffaflığın olmaması və şifrələmənin olmaması səbəbindən istifadəçilər üçün risklər görüb.

Əməkdaşlara messenceri istənilən cihazda quraşdırmaq qadağan olunur və quraşdırıldığı təqdirdə onu silmək göstərişi verilir. “WhatsApp” əvəzinə “Microsoft”un “Teams”, “Amazon”un “Wickr”, “Signal”, “iMessage” və “Facetime” proqramlarından istifadə etmək tövsiyə olunur. 

“WhatsApp”ın sahibi olan “Meta”nın sözçüsü Endi Stoun bildirib ki, şirkət Nümayəndələr Palatasının baş inzibati məmurunun mesencerlə bağlı qiymətləndirməsi ilə qətiyyən razı deyil.

“Biz bilirik ki, Konqres üzvləri və əməkdaşları mütəmadi olaraq “WhatsApp”dan istifadə edirlər və Nümayəndələr Palatasının üzvlərinin ondan rəsmi olaraq Senatdakı həmkarları ilə bərabər istifadə edə bilməsini səbirsizliklə gözləyirik”, - deyə Stoun yazıb.

Onun sözlərinə görə, “WhatsApp” şifrələməsi CEO-nun siyahısındakı əksər proqramlardan daha yüksək səviyyədə təhlükəsizliyi təmin edir. 

Xatirə SADİQ