"Putin zəng etdi ki, sənə nə kömək edə bilərəm" - Trampın CAVABI

ABŞ Prezidenti Donald Tramp NATO-nun yaxınlaşan sammitinin yekun bəyanatında “Rusiya təcavüzü” ifadəsinin işlədilib-işlədilməyəcəyi ilə bağlı sualı cavabsız qoyub.

Jun 24, 2025 - 17:15
"Putin zəng etdi ki, sənə nə kömək edə bilərəm" - Trampın CAVABI

SAVASHMEDİA.az xəbər verir ki, Prezident bu məsələyə münasibət bildirmək əvəzinə, Rusiya ilə mümkün razılaşmadan danışıb.

“Mən hələ bu sənədə baxmalıyam. Amma mən Rusiya ilə razılaşma əldə olunmasını istərdim,” – deyə Tramp “Air Force One” təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putinlə əvvəlki dialoqunu yada salaraq deyib:

“Bildiyiniz kimi, Vladimir mənə zəng etmişdi. Dedi ki, sənə İranda kömək edə bilərəm? Mən cavab verdim: xeyr, mənə İranda kömək lazım deyil, mənə səninlə bağlı kömək lazımdır. Mən ümid edirəm ki, biz Rusiya ilə bir razılığa gələcəyik".

Tramp həmçinin Ukraynada davam edən döyüşlərə toxunaraq son həftə ərzində 6 min, bəlkə də 6 500 əsgərin həlak olduğunu bildirib və bunu faciə adlandırıb.