Trampın nəvəsinə elçi düşən gənc saxlanıldı - Malikanəyə dırmaşırmış + FOTO

ABŞ Prezidenti Donald Trampın Floridadakı Mar-a-Laqo malikəsinə girmək istəyən şəxs saxlanılıb.

Jun 4, 2025 - 16:29
Jun 4, 2025 - 16:31
Trampın nəvəsinə elçi düşən gənc saxlanıldı - Malikanəyə dırmaşırmış + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, 23 yaşlı Entoni Tomas Reyes malikanənin divarına dırmaşarkən həyəcan siqnalı işə düşüb. 

Nəticədə o,  Məxfi Xidmətin əməkdaşları tərəfindən yaxalanıb. Reyes ifadəsində Trampa “müqəddəs mesajı çatdırmaq” və 18 yaşlı nəvəsi Kai ilə evlənmək istədiyi üçün bu addımı atdığını bildirib.

Məlumata görə bu, Reyesin ilk cəhdi deyil. O, yeni il gecəsində də malikanəyə girməyə cəhd göstərib. Hadisənin baş verdiyi zaman Donald Tramp Mar-a-Laqo malikəsində olmayıb.

Xatırladaq ki, Kai Tramp ABŞ prezidentinin oğlu, kiçik Donald Trampla ( D.Trump JR) Vanessa Trampın qızıdır.

Banu

Fotoda Entoni Tomas Reyes