Avropa ölkəsində kişi qıtlığı – Qadınlar “Saatlıq ər” sifariş edir
Latviyada “saatlıq ər” xidməti fəaliyyət göstərir.
SAVASHMEDİA.az xəbər verir ki, bu qəribə xidmətin yaranması ölkədə azalan kişi sayı ilə bağlıdır.
Latviyada həyat şəraiti yüksək olsa da, 30-40 yaşlı kişilər arasında ölüm nisbəti qadınlara nəzərən 3-4 dəfə çoxdur. Buna səbəb isə kişilərin alkoqol, tütün kimi zərərli vərdişlər, yol və istehsalat qəzaları nəticəsində həyatlarını itirmələridir.
“Saatlıq ər” xidməti qadınlara bəzi işləri görməkdə kömək etdiyi üçün gündən-günə daha da məşhurlaşmaqdadır. Qadınlar bu xidmət sayəsində cəmi bir neçə avroya evin krantlarını düzəltdirə, televizoru quraşdıra, mebel yığdıra, elektrik işlərini həll etdirə, ağır əşyaları daşıtdıra bilirlər. Xidmətdən istifadə üsulu çox sadədir. Qadınlar şirkətlə əlaqəyə keçib pul ödəyir və “saatlıq ər” sifariş edir.
Latviyada qadınlar kişi qıtlığına görə narazılıqlarını son zamanlar daha çox dilə gətirirlər. Onlar bildirirlər ki, iş yerlərində, ictimai nəqliyyatda, xidmət sektorunda kişilərin sayı kəskin azalıb. Bu da onların sevgi münasibətləri yaşamaq, ailə qurmaq imkanlarını aşağı salır.
Banu