Reklam fasiləsi bilib Musaya elə sözlər dedi ki... - VİDEO
Müğənni Musa Musayev ailəsi ilə birgə “Günə Uğurla” verilişinin qonağı olub.
SAVASHMEDİA.az xəbər verir ki, Musayevlər ailəsi Elman adlı bir şəxsə görə gərginlik yaşayıb.
Belə ki, Musa Musayev həmin şəxsə dəstək olmaq məqsədilə canlı efirə qonaq kimi dəvət edib.
Buna əsəbiləşən Təranə Qumral reklam fasiləsi olduğunu düşünərək Musa Musayevə sərt reaksiya verib:
“Bilmirsən guya kim gəlib? Məndən icazəsiz niyə çağırmısan? Mən çəkilişə qoyanam o adamları? Sənə lazımdır onu efirə gətirirsən? Verilişin qayda-qanunu var. Elman kimdir ki, sən onu çıxarırsan efirə. Lazım deyil, mən deyirəmsə gəlməsin, deməli, gəlməsin. Doğrudan onu hansı ağılla çağırmısan? Məhlədə bir taksi sürücüsü var, onu çağırıb. Taksi "şofer"idir, getsin taksi "şofer"liyini etsin. O, gəncdir? 50 yaşı var. 50 yaşdan sonra çıxıb oxumaq istəyir ”.
Musa Musayev isə xanımına belə cavab verib:
“Taksi "şofer"i oxuya bilməz? Vallah elə çobanlarımız var ki çox gözəl də oxuyur. Sadəcə adamı yoxdur yazığın. 50 yaşı da olsa, insanlara dəstək olmaq lazımdır”.
Aparıcı isə Təranə Qumralın efirə yalnız ailəsi ilə çıxmaq istədiyini xatırladaraq gərginliyi azaltmağa çalışıb.
Banu