Şeyxin müavinin səhhəti pisləşdi - Təcili yardım çağırıldı 

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Heydər məscidinin axundu Hacı Sabir Həsənlinin vəziyyəti pisləşib. 

Feb 18, 2026 - 15:23
Şeyxin müavinin səhhəti pisləşdi - Təcili yardım çağırıldı 

SAVASHMEDİA.az manset.az-a istinadla xəbər verir ki, ürəyində qəfil problemlər yaranan Hacı Sabir Həsənliyə təcili həkimlər çağırılıb.

Həkimlərin müdaxiləsindən sonra sədr müavini xəstəxanaya aparılıb. Hazırda müalicə-profilaktika prosesləri davam edir. 

Faktı Hacı Sabir Həsənlinin özü də təsdiq edib:

"Ürəyimdə problemlər var. Hazırda müalicələr alıram". 

Qeyd edk ki, Hacı Sabir Həsənli Bakı İslam Universitetinin sabiq rektorudur, uzun illərdir Qafqaz Müsəlmanları İdarəsinin sədr (Şeyxin) müavinidir.