“Rusiya böyük qalmaqal gözləyirdi, amma…” - Zelenski

“Rusiya aprelin 23-də Londonda keçiriləcək görüşün böyük qalmaqalla nəticələnəcəyini gözləyirdi”.

Apr 24, 2025 - 16:12
“Rusiya böyük qalmaqal gözləyirdi, amma…” - Zelenski

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Cənubi Afrika Respublikasının (CAR) prezidenti ilə keçirilən birgə mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, Londonda tərəfdaşlarla söhbət baş tutub və danışıqlar konstruktiv olub.

“Dünən Londonda görüş oldu Avropa ölkələri – Ukrayna, Böyük Britaniya, Fransa, Almaniya və ABŞ iştirak edirdi. Dünən söhbət oldu. O asan deyildi, amma konstruktiv idi. Görüş fikir ayrılıqları ilə yox, bundan sonra da işləmək arzusu ilə başa çatdı... Rusiya dünən böyük qalmaqala köklənmişdi, hətta bəzi emosiyalar mediada da səsləndirilirdi”, - deyə Zelenski vurğulayıb.

O, əlavə edib ki, Rusiya Ukrayna ətrafında yaradılmış ittifaqı bəyənmir, çünki əgər Ukrayna tək olarsa, Rusiya üçün daha yüngül məqsəd olar.

Hərçənd, sizə açığını deyim, bu müharibənin bu 3 ilində biz kifayət qədər güclüyük. Hətta müharibənin ilk günlərində, indi-indidə olanda belə biz davam gətirə bildik. İnanın, indi biz daha güclüyük. Amma fərqi yoxdur, biz müharibənin bitməsini hamıdan çox istəyirik", - Zelenski vurğulayıb.

Xatirə SADİQ