Zelenski səfərdə olduğu ölkəni vaxtından əvvəl tərk etdi - “Səbrimiz tükənəcək”

Ukrayna prezidenti Volodimir Zelenski paytaxt Kiyevə hücuma görə Cənubi Afrika Respublikasına səfərini qısaldıb.  

Apr 24, 2025 - 15:49
Zelenski səfərdə olduğu ölkəni vaxtından əvvəl tərk etdi - “Səbrimiz tükənəcək”

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Zelenski  bu barədə CAR prezidenti Siril Ramafosa ilə birgə mətbuat konfransında bildirib. 

“Bu gün Kiyevdə ölənlər arasında bir qardaş və bacı da var. Oğlanın 21, qızın 19 yaşı var idi. Hər kəsə başsağlığı verirəm. Xilasetmə əməliyyatları hələ də davam edir. Rusiyanın bu hücumuna görə mən sizin gözəl ölkənizə səfərim proqramını qısaltmaq qərarına gəldim, amma hörmətimizi göstərmək və planlaşdırılan bütün görüşləri keçirmək üçün xarici işlər nazirimiz burada qalır”, - deyə Zelenski əlavə edib.

Mətbuat konfransının gedişində Zelenski Rusiya tərəfindən oğurlanan 400 ukraynalı uşağın siyahısını CAR prezidenti Siril Ramafosaya təqdim edib.

CAR prezidenti Siril Ramafos və Volodimir Zelenski

“Ruslar Ukraynanın işğal olunmuş ərazisində on minlərlə uşağı qaçırıblar. Biz onların hamısını geri qaytarmalıyıq. İllərdir Rusiya həbsxanalarında saxlanılan minlərlə hərbçi və mülki əsir kimi. CAR ukraynalı uşaqların qaytarılması üzrə qlobal koalisiyada həmsədrdir. Ümid edirəm ki, prezident [Ramafosa] bizə onları geri qaytarmağa kömək edəcək”, - deyə o, vurğulayıb.

“Ukraynadakı müharibəyə görə Trampın səbri tükənə bilər” fikrinə Zelenski belə münasibət bildirib: “Rusiya atəşkəsə hazır olduğunu deyirsə, o zaman Ukraynaya kütləvi zərbələri dayandırmalıdırlar. Çünki məhz ukraynalıların səbri dözməyəcək, çünki biz Rusiya raketlərinin hücumu altındayıq”.

CAR prezidenti bildirib ki, bu səhər ABŞ prezidenti Trampla Ukraynadakı müharibə haqqında danışıb. “Biz ikimiz də razılaşdıq ki, müharibə mümkün qədər tez başa çatdırılmalıdır”, - deyə Ramafosa vurğulayıb. 

Bu məqamda o, bu həftə Putinlə də telefonda söhbət etdiyini nəzərə çatdırıb: “Biz Ukraynada müharibəyə son qoymaq üçün sülh yolu tapmaq üçün birgə işləməyə hazır olduğumuzu bəyan etmişik”.

Xatirə SADİQ