"Qızıma kirayə ev axtarırıq, imkanımız var?" - Fərqanə Qasımova qarğış tökdü 

"Alim müəllim düz deyib, həmin villa dostunundur. Ayıbdır o boyda insandan. Siz onun sənətindən, xeyirxahlıqlarından danışın. Alim müəllim sənətindən qazandığı pullarla həmişə kasıb insanlara əl tutub”.

Sep 8, 2025 - 13:33
Sep 8, 2025 - 21:52
"Qızıma kirayə ev axtarırıq, imkanımız var?" - Fərqanə Qasımova qarğış tökdü 

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri demokrat.az-a açıqlamasında Alim Qasımovun qızı, Əməkdar artist Fərqanə Qasımova deyib. 

O daha sonra deyib:

“Qızım ailə qurur, onlara kirayə ev axtarırıq. Belə imkanımız olsaydı, niyə kirayə axtarırıq? Bu bir. İkincisi də, dünənki oxuyanların bağı, bağçası, villası var. 70 yaşlı sənətkarların nəyi var? Türk oxuyanların şəxsi təyyarələri var. Mən hər dəfə namazda dua edəndə bu xəbərləri yayanlara qarğış tökürəm. Kim mənim, atamın haqqında yalan şeylər yayırsa, Allahın bəlasına gəlsin. Kimə daş atırsınız atın, bizim ailəyə daş atmayın.

Dövlət başçımız, dəyərli Prezidentimiz və muğama xüsusi dəyər verən hörmətli Mehriban xanım hər zaman Alim müəllimin hörmətini əziz tutublar”.