Santuş "bir qəpiyimdən də keçmərəm" deyib - Kompensasiya məbləği bilindi

Azərbaycan millisinin istefaya göndərdiyi baş məşqçisi Fernandu Santuşun AFFA-dan istədiyi təzminat bəlli olub.

Sep 8, 2025 - 13:54
Santuş "bir qəpiyimdən də keçmərəm" deyib - Kompensasiya məbləği bilindi

SAVASHMEDİA.az "sportinfo"ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis AFFA rəsmilərindən 4.5 milyon avro təzminat tələb edib.

Vaxtilə ölkəsinin millisində işləmiş məşqçi təzminatın məbləğində güzəştə getmək fikrindən uzaqdır və bunu federasiya rəsmilərinə açıqca söyləyib.