Kurban Berdiyevdən çəpəki suala əsəbi cavab - "Xeyr, mən belə düşünmürəm"

"Turan Tovuz" Premyer Liqanın 15-ci turunda səfərdə "Araz-Naxçıvan"a 061 hesabı ilə məğlub olub.

Nov 29, 2024 - 19:16
Kurban Berdiyevdən çəpəki suala əsəbi cavab - "Xeyr, mən belə düşünmürəm"

Sportinfo.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:

- Birinci hissədə mövqe oyunu oldu. Qol imkanları çox olmadı. Yalnız Otto Conun təkbətək epizodunu istisna etmək olar. Belə matçlarda birinci səhvə qədər oyun gedir. Təəssüf ki, o səhvi biz buraxdıq.

- Sizə elə gəlmir ki, artıq rəqiblər birinci dövrədən sonra sizinlə oyunlar üçün resept tapıblar?

- Xeyr. Mən belə düşünmürəm.

- Deyilənə görə, ən bəyəndiyiniz oyunçu Tural Bayramlı idi. Son vaxtlar onun oynamamasının səbəbi nədir?

- Komandada rəqabət var. Hücum qrupumuzda ciddi rəqabət hiss olunur.

- Artıq birinci və ikinci pillədən aralaşdınız. Onlara çatmaq çətin olmayacaq?

- Bəli, fərq çoxdur. Bu oyundan çox şey asılı idi. Qarşıda matçlar çoxdur. Bunun öhdəsindən gəlməyə çalışacağıq.

- "Araz-Naxçıvan"ın əsas gücünü nədə görürsüz? Əsasən qol buraxmadan bir qol vuraraq qalib gəlirlər...

- Yaxşı təşkilatlanmış komandadır. Müdafiədə yaxşı oynayırlar. Müdafiəyə ciddi fikir verirlər, ona görə də az qol buraxırlar.