Trampdan İrana son xəbərdarlıq - “Hələ vaxtınız var"
ABŞ prezidenti Donald Tramp İran nüvə sazişi ilə razılaşana qədər İsraili silahla təmin edəcəyinə eyham vurub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə amerikalı president “Truth Social” sisoal şəbəkəsində yazıb.
“İrana saziş bağlamaq şans ardınca şans verdim. Mən onlara ən qətiyyətli şəkildə dedim: “Sadəcə, bunu edin”. Amma nə qədər çalışsalar da, nə qədər yaxınlaşsalar da, onlar bunu edə bilmədilə. Mən onlara dedim ki, daha da pis olacaq”, - deyə Tramp vurğulayıb.
O, əlavə edib ki, Birləşmiş Ştatlar dünyanın ən yaxşı və ən öldürücü hərbi texnikasını istehsal edir və İsraildə ondan çoxdur: “Və daha çox olacaq – və onlar bundan necə istifadə edəcəyini bilirlər”.
ABŞ prezidenti xatırladıb ki, İrandakı bəzi sərt xətt tərəfdarları cəsarətlə danışırdılar, lakin nə baş verəcəyini bilmirdilər. “İndi onların hamısı ölüb və daha da pis olacaq! Artıq çoxlu ölüm və dağıntı olub, lakin bu qırğına son qoymaq üçün hələ vaxt var, çünki növbəti planlaşdırılan hücumlar daha da qəddar olacaq”, - deyə Tramp xəbərdarlıq edib.
Xatirə SADİQ