“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Misli Premyer Liqasında 6-cı tur davam edir.
SAVASHMEDİA.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.
Əvvəlcə turun mərkəzi görüşündə “Turan Tovuz” öz meydanında “Zirə”ni qəbul edəcək. Hazırda paytaxt klubu 10 xalla turnir cədvəlində 4-cü, “Turan Tovuz” isə 8 xalla 5-cidir.
Digər matçda isə “Sabah” “İmişli”ni sınağa çəkəcək. Bakı təmsilçisi 12 xalla turnir cədvəlində 3-cü, bölgə klubu isə 4 xalla 8-cidir.
Misli Premyer Liqası
VI tur
19 sentyabr (şənbə)
17:30. “Turan Tovuz” - “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nicat İsmayıllı, Əli Əliyev (VAR), Cəmil Quliyev (AVAR)
Tovuz şəhər stadionu
19:45. “Sabah” - “İmişli”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov, Rauf Cabarov (VAR), Tərlan Talıbzadə (AVAR)
“Bank Respublika Arena”
20 sentyabr (bazar)
16:30. “Şamaxı” - “Araz-Naxçıvan”
19:00. “Kəpəz” - “Sumqayıt”
18 sentyabr (cümə)
“Qəbələ” - “Neftçi” - 0:3
“Qarabağ” - “Şəfa” - 1:0
Bombardirlər:
Breno Almeyda (“Neftçi”) - 7 qol
Coy-Lens Mikels (“Sabah”) - 4 qol