"İki gecə yatmamışam" - Ayxan Abbasov

“Futbolçularıma təşəkkür edirəm. Cəmi bir gün vaxtımız var idi”.

Sep 9, 2025 - 22:55
"İki gecə yatmamışam" - Ayxan Abbasov

SAVASHMEDİA.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində evdə Ukrayna yığması ilə 1:1 hesablı heç-heçə etdikləri ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis oyunçuların meydanda mübarizə aparmalı olduqları tapşırdığını söyləyib: “Hesabdan asılı olmayaraq sona qədər mübarizə aparmalalarını demişdim. Azarkeşlərimizin dəstəyi də bizə kömək etdi. Emin Mahmudov yorulmuşdu, amma meydandan çıxmaq istəmədi. Azarkeşlərin dəstəyi ona kömək etdi. Qazandığımız xal komandaya əlavə ruh verəcək. inkişafımıza töhvə də verə bilər. Rəqib güclü idi. Hər iki komanda uzun səfərdən sonra yorğun idi. Emin Mahmudov üçün çox sevincliyəm, çoxdandır istədiyi qolu vurdu. İstəyim Azərbaycan futbolunun inkişaf etməsidir”.

O, millinin baş məşqçisi olması barədə söz açıb: “Bu ani bir qərar idi. Desəm ki, iki gün yatmamışam, az olar. Azərbaycan adı varsa, hər şeyə dözməliyik. Hazırda U-21 millinin baş məşqçisiyəm. Fransa ilə oyun barədə danışmaq tez olar. Sadəcə olaraq, sona qədər mübarizə aparmaq lazımdır. Öz gücümüzü taparaq qəbul etməliyik. Bəzən çox şey istəyirik və özümü böyük ölkələrlə müqayisə edirik. Fransa ilə oynamaq bizi inkişaf edə bilər”.

Abbasov Mahir Emreli ilə Renat Dadaşovun pis oynamadığını vurğulayıb: “Emreli ilk oyunda da meydanda olmuşdu. Həmin matçın təkrarına baxmağa vaxtım yox idi. Mənim buraya dəvətim ani oldu. Amma futbolçuları ilk görəndə onların məyus olduğunu gördüm. Bu komandanın deyərdim ki, potensialı var və daha da yaxşısını edə bilərik”.