“Qarabağ” Fransa klubuna rəqəmlərlə siyasi mesaj verdi - FOTO
“Qarabağ”ın Fransa təmsilçisi “Lion”la oynayacağı Avropa Liqası matçı üçün qonaqlara ayırdığı simvolik bilet sayı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, “köhlən atlar” qonaq komandanın azarkeşləri üçün 448 bilet ayırıb. Bu, sıradan bir rəqəm deyil. Azərbaycana qarşı Fransanın qərəzli mövqeyi fonunda siyasi mesajdır.
“44” 44 günlük müharibəyə, “8” isə Zəfər Gününə işarədir.
“Qarabağ”-Lion” matçı noyabrın 28-də Tofiq Bəhrəmov stadionda keçiriləcək. (publika)