Fransa millisinə qarşı 3-cü cəhd - 10:0 təkrarlana bilərmi?

Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində 3-cü tur oyununa çıxacaq.

Oct 10, 2025 - 09:12
Fransa millisinə qarşı 3-cü cəhd - 10:0 təkrarlana bilərmi?

SAVASHMEDİA.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Fransanın qonağı olacaq. Parisdəki  “Park de Prens” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Hazırda D qrupunda Fransa 6 xalla liderdir, Azərbaycan 1 xalla sonuncu - 4-cüdür. 

Bu qrupun digər oyununda İslandiya Ukraynanı qəbul edəcək.

Qeyd edək ki, Fransa və Azərbaycanın əsas milli komandaları tarixlərində üçüncü dəfə üz-üzə gələcəklər. Daha əvvəl bu komandalar hələ Avro-1996-nın seçmə mərhələsində qarşılaşıblar. Trabzon şəhərində keçilmiş ilk qarşılaşmada (13 dekabr, 1994) Azərbaycan milliisi 0:2 hesabı ilə uduzub, Oser şəhərində baş tutan ikinci oyun (6 sentyabr, 1995) isə Fransa 10:0 hesabı ilə qələnə qazanıb. Bu, millimizin tarixində ən böyükhesablı məğlubiyyətdir.

DÇ-2026, seçmə mərhələ

D qrupu

22:45. Fransa - Azərbaycan 

Hakimlər: Rohit Saqqi, Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen, Daniel Higraff

VAR: Tom Harald Hagen

AVAR: Siqurd Krinqstad

22:45. İslandiya - Ukrayna