Prokurorluq 70 kq qızılla saxlanılan azərbaycanlı diplomatla bağlı açıqlama yaydı
İstanbulda “Sarıyer” ticarət mərkəzinin yaxınlığında azərbaycanlı diplomat saxlanılıb.
SAVASHMEDİA.az xəbər verir ki, diplomatdan 70 kq ağırlığında qızıl götürülüb.
Məlumata görə, saxlanılan azərbaycanlı diplomat Qərb ölkələrindəki diplomatik departamentlərdən birinin əməkdaşıdır.
İstanbul prokurorluğu həbs olunan azərbaycanlı diplomatla bağlı aşağıdakı məzmunda rəsmi məlumat yayıb:
“Qaçaqmalçılıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində özünü diplomatik korpusun əməkdaşı kimi təqdim edən Azərbaycan vətəndaşı saxlanılıb. Saxlanılan şəxsdən 70 kq qızıl götürülüb. Dindirilmə zamanı Azərbaycan vətəndaşı götürdüyü qızılların ona məxsus olduğunu bildirib. İstintaq davam edir”.
Oğuz