Mourinyo "Spartak"a göndərirdi, Ali Koç imkan vermədi

Türkiyə təmsilçisi “Fənərbağça”nın qanalı futbolçusu Aleksandr Cikun Rusiya “Spartak”ına keçidi baş tutmayacaq.

Sep 7, 2025 - 16:52
Mourinyo "Spartak"a göndərirdi, Ali Koç imkan vermədi

SAVASHMEDİA.az “Sports Digitale” nəşrinə istinadən xəbər verir ki, Türkiyə klubunun prezidenti Ali Koç son anda futbolçunu satmaqdan imtina edib.

Cikunın komandadan ayrılmasını baş məşqçi Joze Maurinyonun qərarı olsa da, onun klubdan ayrılması planları dəyişib.

Daha əvvəl Cikunun “Spartak”la müqavilə imzalamaq üçün Moskvada tibbi müayinədən keçməyə hazırlaşdığı iddiaları yayılmışdı.

Xatırladaq ki, “Fənərbağça” 31 yaşlı müdafiəçini UEFA Avropa Liqasının əsas mərhələsi üçün iştirak ərizəsinə daxil etməyib.