Litva belaruslu miqranları geri qaytardı
Litvanın Dövlət Sərhəd Xidməti son üç gün ərzində Belarusdan olan 150-yə yaxın qeyri-qanuni miqrantın ölkəyə girişinə icazə verməyib.
SAVASHMEDİA.az bu barədə LRT-yə istinadən xəbər verir.
Məlum olub ki, Litva iyulun 4-də Belarusla sərhəddə 27 qeyri-qanuni miqrantı geri qaytarıb. Bundan bir gün əvvəl – iyulun 3-də Litva tərəfindən ölkəyə girişi qadağan edilənlərin sayı 53, iyulun 2-də isə 68 nəfər olub.
Sərhədçilər bildiriblər ki, 2025-ci ildə 917 qeyri-qanuni miqrantın Litvaya girişinə icazə verilməyib, əvvəlki il ərzində isə 1002 belə cəhd qeydə alınıb.
Xatirə SADİQ