HƏMAS lideri öldürülüb? - İsrail bunu istisna etmir
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında üç yaraqlının məhv edildiyini bəyan edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail ordusu istisna etmir ki, öldürülən yaraqlılardan biri Fələstinin HƏMAS hərəkatının lideri Yəhya Sinvar ola bilər.
“Hazırkı mərhələdə terrorçuların kimliyi müəyyən edilməyib. Terrorçuların məhv edildiyi binada girovların olmasına dair heç bir əlamət aşkar edilməyib”, - deyə məlumatda bildirilir.
Xatirə SADİQ