Belqradda etirazçıların sayı 100 mini ötüb

Serbiyanın paytaxtı Belqrad şəhərində hökumət əleyhinə keçirilən kütləvi etiraz aksiyalarındakı iştirakçıların sayı 100 mini ötüb.

Mar 16, 2025 - 02:42
Belqradda etirazçıların sayı 100 mini ötüb

Bu barədə Serbiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Polisin hesablamalarına görə, Belqradın bütün məntəqələrində ən yüksək həddə çatan bugünkü aksiyalarda 107 000-ə yaxın iştirakçı olub”, - bəyanatda bildirilib.

Qeyd edək ki, Serbiyada 2024-cü ilin noyabr ayından Novi Sadda dəmiryol vağzalında tavanın çökməsi və 15 nəfərin ölümü ilə nəticələnən etirazlar müxtəlif intensivliklə davam edir.

Etirazçılar faciəyə görə ölkə hakimiyyətini günahlandırıblar.