ABŞ Yəməndə Husilərin qərargahını vurdu
ABŞ-nin Yəmənin paytaxtı Sənaya endirdiyi hava zərbələri zamanı əsas hədəflərdən biri Ənsar Allah (Husi) hərəkatının siyasi şurasının qərargahı olub.
Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Qeyd edək ki, martın 15-i Donald Tramp ABŞ ordusuna Yəməndə husilərə qarşı hərbi əməliyyatlara başlamağı əmr edib. Daha sonra ABŞ Mərkəzi Komandanlığı Ənsar Allah hərəkatına qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib. Əməliyyat qrupun strateji hədəflərinə bir sıra dəqiq zərbələr endirməsini nəzərdə tutur. Əməliyyat "Amerikanın maraqlarını qorumaq, təhdidlərin qarşısını almaq və beynəlxalq gəmiçilik təhlükəsizliyini bərpa etmək” məqsədi daşıyır.