"O zaman istefa verərəm ki..." - Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, xalq onun “Qarabağ hərəkatı”na son qoymaq qərarına müqavimət göstərsə, istefa verməyə hazır olduğunu deyib.
SAVASHMEDİA.az xəbər verir ki, o bu barədə parlamentdəki çıxışında danışıb.
"Ermənistan Respublikasının baş naziri kimi mən qərar qəbul etmişəm ki, "Qarabağ hərəkatı" davam etməməlidir. Əgər Ermənistan xalqı mənim qərarıma qarşıdırsa, o zaman mən baş nazir olmayacağam. Nə qədər ki, mən baş nazir olaraq qalıram, bu, Ermənistan Respublikasının rəsmi mövqeyidir".