“Rusiya pis hüquqi reputasiyaya malikdir” - Latviya prezidenti

Latviya prezidenti Rusiyaya etibar etməyin qeyri-mümkün olduğuna diqqəti cəlb edib.

Aug 11, 2025 - 14:36
“Rusiya pis hüquqi reputasiyaya malikdir” - Latviya prezidenti

SAVASHMEDİA.az xəbər verir ki, Latviya prezidenti Edqars Rinkeviçs bu barədə X sosial şəbəkəsində yazıb. 

O, bunun sübutu kimi tarixə ekskurs edib: “105 il əvvəl Latviya və Sovet Rusiyası Latviyanın müstəqilliyini və suverenliyini tanıyan sülh müqaviləsi imzaladılar. 20 il sonra Kreml Latviyanı işğal edərək müqaviləni kobud şəkildə pozdu. Müqavilə bu gün də qüvvədədir və aktualdır. Lakin Rusiyanın pis hüquqi reputasiyaya malik olduğunu xatırlamaq lazımdır”, - deyə Edqars Rinkeviçs nəzərə çatdırıb.

Xatirə SADİQ