Sabah bu ərazidə İŞIQ OLMAYACAQ

27 avqust 2026-cı il tarixdə saat 11:00-dan 13:00-dək 35 kV-luq “Göytəpə” yarımstansiyasına gələn hava xəttində təmir işləri aparılacaq.

Aug 26, 2026 - 22:11
Sabah bu ərazidə İŞIQ OLMAYACAQ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Cəlilabad Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar Cəlilabad rayonu üzrə 8270 abonentin (Göytəpə şəhəri, Kazımabad, Muğan, Maşlıq, Söyüdlü, Privolnoye, Ağdaş, Oğrubulaq, Fətullaqışlaq, Komanlı, Həziabad və Alaşar kəndləri) elektrik enerjisi ilə təchizatında fasilə yaranacaqdır.