Maskın şirkəti “Apple” və “OpenAI”dan təzminat tələb edir

Amerikalı milyarder İlon Maska məxsus “xAI” şirkəti Texas ştatının federal məhkəməsinə müraciət edib.

Aug 26, 2025 - 15:49
Maskın şirkəti “Apple” və “OpenAI”dan təzminat tələb edir

SAVASHMEDİA.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Maskın şirkəti “Apple” və “OpenAI” şirkətinin ChatGPT tətbiqinə qarşı iddia qaldırıb. 

“xAI” bu şirkətləri süni intellekt sahəsində rəqabəti boğmaq üçün qeyri-qanuni sövdələşmədə ittiham edib. 

Sənəddə bildirilir ki, “Apple” və “OpenAI” bazarları inhisara alıb, X və xAI kimi innovativ şirkətlər üçün rəqabətə maneələr yaradıb. Bundan başqa hər iki şirkət əməkdaşlıq edərək, ChatGPT-ni iPhone, iPad və Mac noutbuklarının əməliyyat sisteminə inteqrasiya edib. “OpenAI” ilə eksklüziv sövdələşmə “Apple”ın “App Store” mağazasında X və Grok tətbiqlərinin görünməsini məhdudlaşdırmasının yeganə səbəbidir. 

“xAI” milyardlarla dollar təzminat tələb edir.

“OpenAI” bu iddiaya belə münasibət bildirib: “Bu yeni iddia cənab Mask tərəfindən davam edən təqib kampaniyasının bir hissəsidir”.

Xatirə SADİQ