Bakıda bu yol 2 gün bağlı olacaq

Aparılan təmir işləri ilə əlaqədar Xətai rayonunun Rövşən Əliyev küçəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti 26 avqust saat 22:00-dan 28 avqust saat 22:00-dək müvəqqəti məhdudlaşdırılacaq.

Aug 26, 2026 - 21:16
Bakıda bu yol 2 gün bağlı olacaq

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

“Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur”, - məlumatda qeyd edilib.