Qreta Tunberq yenidən Qəzzaya yollanmaq istəyir

İsveçli ekofəal Qreta Tunberq İsrail ordusu tərəfindən bloklanan Qəzza zolağını yarmaq üçün yeni cəhd elan edib.

Aug 11, 2025 - 14:47
Aug 11, 2025 - 14:48
Qreta Tunberq yenidən Qəzzaya yollanmaq istəyir

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Qreta Tunberq “İnstagram”da məlumat paylaşıb. 

O, digər fəallarla birlikdə sentyabrın əvvəlində Aralıq dənizindən blokadaya alınmış əraziyə daxil olmaq niyyətini açıqlayıb. Aksiya iştirakçılarının gəmiləri bu ayın sonunda Avropadan yola düşəcək. 

“Avqustun 31-də İspaniyadan onlarla gəmi göndərməklə İsrailin Qəzzanın qeyri-qanuni blokadasını yarmaq üçün tarixdə ən böyük cəhdə başlayacağıq”, - deyə xəbərdə bildirilir.

Qreta Tunberq

Tunberq iddia edir ki, Tunisdən və Afrika sahillərindəki digər ölkələrdən qayıqlarda onlarla insan ona qoşulacaq. Ekofəal vəd edib ki, fələstinlilərə dəstək məqsədilə 44-dən çox ölkə eyni vaxtda nümayişlər və aksiyalar üçün səfərbər olunacaq.

Xatırladaq ki, bir qrup fəal, o cümlədən Tunberq iyunun 9-da belə cəhddə bulunmuşdu. Lakin İsrail ordusu Qəzza zolağının dəniz blokadasını yarmağa cəhd edən fəalların və siyasətçilərin olduğu gəmini dayandıraraq onu limana geri göndərmişdi. İsrail Xarici İşlər Nazirliyindən bildirilmişdi ki, Tunberq o zaman deportasiya olunmuşdu. 
 
Xatirə SADİQ