Benzinin ən ucuz olduğu ölkələrin SİYAHISI - Azərbaycan neçəncidir?
Dünyada benzin qiymətləri ölkədən ölkəyə kəskin fərqlənir.
SAVASHMEDİA.az xəbər verir ki, bunun əsas səbəbi dövlət subsidiyaları, vergilər və ölkələrin neft hasilatı imkanlarıdır.
Neft ixrac edən bir çox ölkələrdə sürücülər benzini dünya üzrə orta göstəricidən ucuz qiymətə ala bilirlər.
Dünyanın ən ucuz benzin satılan ölkələrinin ilk onluğu təqdim edifrik:
Liviya
İran
Venesuela
Küveyt
Əlcəzair
Türkmənistan
Misir
Qətər
Anqola
Səudiyyə Ərəbistanı
Bəs Azərbaycan neçənci yerdədir?
Beynəlxalq Yanacaq Qiymətləri Bazasının son məlumatına görə, Azərbaycan da dünyanın ən ucuz benzin satılan ölkələri sırasında yer alır və ilk 15-likdə qərarlaşıb.
Ekspertlərin sözlərinə görə, Azərbaycanda yanacağın nisbətən ucuz olmasının əsas səbəbləri ölkənin neft istehsalçısı olması, daxili emal imkanları və dövlət tərəfindən qiymətlərin tənzimlənməsidir.
Müqayisə üçün qeyd edək ki, Avropanın bir sıra ölkələrində benzinin bir litrinin qiyməti 2 dollardan yuxarıdır. Ən bahalı yanacaq isə Honq-Konq, Danimarka, Niderland və İslandiyada satılır.
Oğuz