BMT-dən süni intellektlə bağlı XƏBƏRDARLIQ - "Nəzarətdən çıxa bilər"
Birləşmiş Millətlər Təşkilatının (BMT) müstəqil ekspertlər paneli süni intellektin (AI) sürətli inkişafı ilə bağlı narahatedici hesabat yayıb.
SAVASHMEDİA.az-ın xəbərinə görə, sənəddə texnologiyanın inkişaf tempinin elmi araşdırmaları və dövlətlərin tənzimləmə imkanlarını üstələdiyi qeyd olunub.
Hesabatda süni intellekt sistemlərinin yaxın illərdə daha müstəqil qərarlar qəbul edə biləcəyi, mürəkkəb tapşırıqları insan müdaxiləsi olmadan yerinə yetirəcəyi əks olunub.
Ekspertlərin fikrincə, bu inkişaf bir tərəfdən iqtisadiyyat, səhiyyə və elm sahəsində böyük imkanlar yaratsa da, digər tərəfdən ciddi risklər də meydana çıxarır.
Hesabatda qeyd olunan əsas təhlükələr isə bunlardır:
dezinformasiyanın daha sürətlə yayılması;
kiberhücumların mürəkkəbləşməsi;
dələduzluq və saxta məzmun istehsalının artması;
biotəhlükəsizlik sahəsində sui-istifadə riskləri;
gələcəkdə yüksək səviyyədə müstəqil fəaliyyət göstərən AI sistemlərinə nəzarətin çətinləşməsi.
BMT-nin Baş katibi Antonio Quterreş hökumətləri süni intellektlə bağlı vahid beynəlxalq yanaşma formalaşdırmağa çağırıb. O bildirib ki, dünya "başa düşmədiyi texnologiyanı effektiv şəkildə idarə edə bilməz".
Səlcuq