Tramp ona heyran qaldı – “Nə gözəl tələffüzdür!”
ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerin tələffüzünü tərifləyib.
SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bu, amerikalı prezidentlə britaniyalı baş nazirin birgə mətbuat-konfransında baş verib.
“İngilis dilində nə gözəl tələffüzdür! Belə tələffüzüm olsaydı, 20 il əvvəl prezident olardım”, - deyə Tramp zarafatla vurğulayıb.
Bundan sonra onlar bir-birinin əlini sıxıblar. Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makronla mətbuat konfransında olduğu kimi Starmerlə Tramp arasında qucaqlaşma olmayıb.
Xatirə SADİQ