Ermənistan parlamentinin ilk iclasını niyə Həsənov idarə edəcək? - SƏBƏB
Ermənistanda yeni formalaşacaq parlamentin ilk iclası avqustun 3-də keçiriləcək.
SAVASHMEDİA.az xəbər verir ki, Ermənistan parlamentinin daxili qaydalarına görə, yeni parlamentin ilk iclasını ən yaşlı deputat açır və spiker seçilənədək iclasa sədrlik edir.
Bu səbəbdən də iclasa parlamentin ən yaşlı üzvü olan Knyaz Həsənovun sədrlik edəcəyi bildirilir.
Knyaz Həsənov Ermənistanın kürd icmasının tanınmış nümayəndələrindən biridir və 2017-ci ildən parlamentdə təmsil olunur. O, 2017 və 2021-ci illərdə də ən yaşlı deputat kimi yeni seçilmiş parlamentin ilk iclaslarını idarə edib.
Oğuz