"Uşaqpulu tənbəllik yaradır" deyən deputatla bağlı MARAQLI FAKTLAR - FOTO

Ana Vətən Partiyasının sədri, mərhum Fəzail Ağamalının qızı, Milli Məclisin deputatı Günay Ağamalının “uşaqpulu valideynlərdə tənbəllik yarada bilər” açıqlaması ciddi narazılıq doğurub.

May 23, 2026 - 17:10
"Uşaqpulu tənbəllik yaradır" deyən deputatla bağlı MARAQLI FAKTLAR - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu müzakirələr fonunda deputatla bağlı müxtəlif iddialar da gündəmə gətirilir. 

Bu iddialardan ən çox diqqət çəkəni prodüser Tarix Əliyev (Tolik) tərəfindən səsləndirilib. Tolik yerli mediaya açıqlamasında deputatı xalqın problemlərindən uzaq olmaqda ittiham edib. 

O bildirib ki, Günay Ağamalının deputat maaşından əlavə gəlir mənbələri və biznes fəaliyyəti olduğu hər kəsə məlumdur:

“Günay Ağamalıya atasından qalanlar və şəxsi biznesi də hər kəsə bəllidir. O, aylıq 7000 deputatlıq maaşı ilə dolanmır. Evindəki işçiləri, özəl sürücülərini nəzərə alsaq, bu, mümkün deyil”.

Bu müzakirələr davam edərkən deputatla bağlı başqa bir məqam da diqqət çəkib. Belə ki, Milli Məclisin rəsmi saytında yer alan məlumatlarda Günay Ağamalının üç uşaq anası olduğu göstərilsə də, ailə vəziyyəti bölməsində o “subay” kimi qeyd edilib.

Sözügedən məlumat sosial şəbəkələrdə əlavə müzakirələrə səbəb olub.

Həmin fotoları təqdim edirik: