Fransadan Putini qəzəbləndirəcək addım – Ukraynaya...

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya əlavə radarlar və raket-interseptorlar göndəriləcəyini açıqlayıb.

Sep 22, 2026 - 17:44
Fransadan Putini qəzəbləndirəcək addım – Ukraynaya...

SAVASHMEDİA.az xəbər verir ki, Makron bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi danışıqlardan sonra X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Fransa prezidenti bildirib ki, Ukraynanın hava hücumundan müdafiə imkanları gücləndiriləcək:

“Radarların tədarükü ilə bağlı müqavilə imzalamaqla, həmçinin raket-interseptorlar təqdim etməklə Ukraynanın hava hücumundan müdafiəsini gücləndiririk”.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Qərb dövlətlərinə müraciət edib. Putin müraciətində Avropanı Rusiya ilə sülh və dostluq içində yaşamağa dəvət edib. Rusiya lideri xəbərdarlıq edib ki, əks halda Rusiya da adekvat cavab vermək məcburiyyətində qalacaq. E. Makronun bu paylaşımından sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbə Putinin xəbərdarlığını xatırladıb.

Banu