Sabahdan metroda iki stansiyaya giriş PULSUZ OLACAQ - Səbəb
Bakıda metronun iki stansiyasına giriş sabahdan müvəqqəti ödənişsiz olacaq.
SAVASHMEDİA.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş 23 sentyabrdan pulsuz olacaq.
Qərar Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin icrası ilə əlaqədar sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə qəbul edilib.
Girişin nə vaxta qədər ödənişsiz olacağı barədə isə layihənin icra müddətinə uyğun olaraq məlumat veriləcək.
Aytən