Bakının bu məktəblərində dərslər onlayn keçiriləcək - RƏSMİ

“Formula 1” Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakıda 7 ümumi təhsil müəssisəsində tədris distant formada təşkil ediləcək.

Sep 22, 2026 - 16:01
Bakının bu məktəblərində dərslər onlayn keçiriləcək - RƏSMİ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 22-27 sentyabr 2026-cı il tarixlərində məhdudlaşdırılması ilə əlaqədar qərar qəbul edilib. 

Belə ki, Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey, Məmməd Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbi, Kərim Kərimov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbi, Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi, 160 nömrəli Klassik Gimnaziya, 132-134 nömrəli lisey və İlyas Əfəndiyev adına Elitar Gimnaziyada 22-26 sentyabr tarixlərində dərslər məsafədən keçiriləcək.