"Söyüş söyərək şagirdlərə atəş açmağa başlayıb" - Qız üstündə düşən davada 11 YARALI + FOTO
Türkiyənin Manisa şəhərinin Turqutlu rayonunda məktəbə silahlı hücum olub.
SAVASHMEDİA.az xəbər verir ki, hücumu həyata keçirən məktəbin IX sinif şagirdi H.O-dur
Hadisə nəticəsində 2-si ağır olmaqla 11 şagird yaralanıb.
Məlumata görə, şagird H.O ov tüfəngi ilə söyüş söyərək məktəbə daxil olub və şagirdlərə atəş açıb, daha sonra isə qışqıraraq məktəbdən çıxıb.
Onun hadisəni bir gün əvvəl qız məsələsi üstündə dalaşdığı sinif yoldaşılarına “dərs vermək” üçün törətdiyi bildirilir.
Hazırda hadisə ilə bağlı hücumu həyata keçirən 15 yaşlı H.O, atası, anası və silahın aid olduğu qeyd edilən babası saxlanılıb.
Xatırladaq ki, bu, bu il ərzində Türkiyədə məktəbdə baş vermiş ilk silahlı insident deyil. Aprelin 15-də Kahramanmaraşda VIII sinif şagirdi İsa Aras Mersinli oxuduğu Ayser Çalık adına orta məktəbdə silahlı insident törədib. Nəticədə, 9-u şagird, biri müəllim olmaqla 10 nəfər həyatını itirib, 19 nəfər yaralanıb. İsa Aras valideynlərdən birinin ayağına endirdiyi bıçaq zərbəsindən sonra qanaxmadan ölüb. Hadisə ilə bağlı İsa Aras Mersinlinin atası, polis məmuru Uğur Mersinli və anası Pınar Peyman Mersinli həbs edilib.
Banu