Rusiyada vətəndaşlığı olmayan şəxslər də orduya çağırılacaq

Rusiya hakimiyyəti vətəndaşlığı olmayan şəxslərə ölkənin Silahlı Qüvvələrinə qoşulmaq hüququ verəcək.

Apr 18, 2025 - 20:52
Rusiyada vətəndaşlığı olmayan şəxslər də orduya çağırılacaq

Hökumət artıq müvafiq qanun layihəsini Dövlət Dumasına təqdim edib.

Qanun layihəsinin izahatında qeyd olunur ki, sənəd "Hərbi vəzifə və hərbi xidmət haqqında" Federal Qanuna dəyişiklikləri nəzərdə tutur: "Ona əsasən vətəndaşlığı olmayan şəxslərə Rusiya Federasiyasının Silahlı Qüvvələrində və hərbi birləşmələrində hərbi xidmət keçmək üçün müqavilə bağlamaq hüququnun verilməsi nəzərdə tutulur".

Həmçinin qeyd olunur ki, qanun layihəsi “müqavilə əsasında hərbi xidmətə gedə biləcək şəxslərin dairəsini genişləndirmək məqsədi daşıyır”. (musavat)