Əhmədinejadın qohumları təkzib etdi - Ölməyib
İranın sabiq prezidenti Mahmud Əhmədinejadın qohumları onun ölməsi barədə yayılan xəbərləri təkzib edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Khabar-e fouri" agentliyi məlumat yayıb.
Məlumata görə, Əhmədinejadın yaxınları yayılan məlumatları tamamilə əsassız adlandırıblar.
Daha əvvəl İranın sabiq prezidentin İsrail və ABŞ-nin Tehrana endirdiyi zərbələr zamanı həlak olması barədə xəbər dərc olunmuşdu.