ABŞ konsulluğuna hücum - 10 ölü 

Pakistanda ABŞ konsulluğu qarşısında baş verən qarşıdurmalarda ölənlərin sayı 10-a çatıb, 31-dən çox insan yaralanıb.

Mar 1, 2026 - 17:21
ABŞ konsulluğuna hücum - 10 ölü 

Bu barədə "Dawn" qəzeti Karaçi şəhərinin Mülki Xəstəxanasının travmatologiya mərkəzinin icraçı direktoruna istinadən məlumat verib.

Daha əvvəl polis nümayəndəsi bildirib ki, İranın ali liderinin ölümündən hiddətlənmiş yüzlərlə insan qəfildən ABŞ konsulluğu qarşısında toplaşıb. CNN xəbər verib ki, onlarla etirazçı konsulluğun baryerlərini yararaq pəncərələrinə çubuqlarla zərbə endirib.

ABŞ-nin İslamabaddakı səfirliyi isə bildirib ki, Karaçi və Lahor şəhərlərində ABŞ konsulluqları qarşısında davam edən nümayişləri izləyir və Pakistanın digər bölgələrində yeni etiraz çağırışlarına diqqət yetirir.