Azərbaycanda hərbi hissədə yanğın - FOTO

Naxçıvan şəhərindəki hərbi hissələrin birində yanğın baş verib.

Mar 1, 2026 - 16:29
Azərbaycanda hərbi hissədə yanğın - FOTO

SAVASHMEDİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə hərbi hissənin çörək sexində qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən dəstələri və polis əməkdaşları hadisə yerindədir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.