Polkovnik Salyanda baş həkim təyin edildi

Ağciyər Xəstəlikləri Mərkəzinin Salyan Regional Xəstəxanasına yeni baş həkim təyin edilib.

Apr 26, 2025 - 15:53
Polkovnik Salyanda baş həkim təyin edildi

SAVASHMEDİA.az xəbər verir ki, bu vəzifəyə 1967-ci il təvəllüdlü Əli Mirzəmməd oğlu Nuriyev təyin olunub.
 
Bundan əvvəl həmin vəzifədə Xanış Abbasov çalışıb.
 
Qeyd edək ki, ehtiyatda olan polkovnik Ə.Nuriyev uzun illər hərbi həkim işləyib.