Uşağa görə verilən pul ARTIRILACAQ
Azərbaycanda üç yaşınadək uşağa qulluğa görə verilən sosial müavinətin artırılması nəzərdən keçirilir.
SAVASHMEDİA.az xəbər verir ki, məqsəd azyaşlı uşaqları olan ailələrin sosial müdafiəsini gücləndirməkdir.
Hazırda qismən ödənişli sosial məzuniyyət dövründə bir yaş yarımadək uşağa qulluğa görə 44 manat, 1,5 yaşdan 3 yaşadək uşağa görə isə 28 manat müavinət verilir. Əlilliyi olan uşaqlara görə ödəniş ikiqat hesablanır.
Müavinət “Əmək və məşğulluq” altsistemi üzərindən avtomatik təyin edilir. Uşaq vəfat etdikdə, yaxud valideyn məzuniyyəti dayandıraraq işə qayıtdıqda ödəniş dayandırılır.
Oğuz