"Nazirin intiharından şoka düşmüşük" - Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçmiş nəqliyyat naziri Roman Starovoytun intiharından “şoka düşdüklərini” bildirib.
SAVASHMEDİA.az RBC telekanalına istinadən xəbər verir ki, bunu Peskov jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
“Bu, normal insanları şok etməyə bilməz”, - Peskov vurğulayıb.
Onun sözlərinə görə, Putinə bu barədə dərhal məlumat verilib:
“Əlbəttə, bu cür məlumatlar həmişə faciəli və kədərlidir”.
Kremlin sözçüsü xatırladıb ki, hazırda istintaq gedir.
“Bu halda fikir yürütmək olar. Lakin bunu, yəqin ki, KİV nümayəndələri və politoloqlar edə bilər. Bunu etmək bizim işimiz deyil”, - Peskov əlavə edib.
Xatırladaq ki, Roman Starovoyt iyulun 7-də nəqliyyat naziri vəzifəsindən azad edilib. İstefasından bir neçə saat sonra isə onun meyiti Moskva vilayətinin Odintsovo şəhərində “Tesla” avtomobilinin yanında tapılıb. Hadisə yerində tapança aşkarlanıb.
Xatirə SADİQ