Sabiq millət vəkili yol qəzasında öldü - Türkiyədə 

Türkiyənin Muğla bölgəsində AKP-dən olan sabiq millət vəkili Əli Boğa yolu keçmək istəyərkən avtomobilin vurması nəticəsində dünyasını dəyişib.

Aug 15, 2025 - 22:00
Sabiq millət vəkili yol qəzasında öldü - Türkiyədə 

SAVASHMEDİA.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 76 yaşlı sabiq deputat piyada keçidində vurulub.

Ə.Boğanın cəsədi ilkin müayinədən sonra morqa aparılıb.

Qəza törədən sürücünün saxlanıldığı bildirilir.